Şou-biznes

Elgiz yeni imicinə görə xəstəxanaya düşdü

5 Oktyabr 2021 17:24
2 Şərh     Baxış: 3 721
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı Elgiz Əkbər yeni mövsümlə əlaqədar imicində dəyişiklik edib. Ötən gün yeni görünüşdə "Elgizlə izlə" proqramına başlayan Elgizin başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, saqqal saxlayan aparıcı allergiya olub. Həkimə müraciət edən E.Əkbər bu görünüşündən imtina etməli olub.

"Yeni imicim başıma oyun açdı. Bütün üzüm səpdi. Səhərə kimi yatmamışam, qaşınıb. Elə qorxdum ki... Həkim dedi, imicindən imtina et. Yalan demirəm, yalan danışana nifrət edirəm. Baxın görün, üzüm nə hala düşüb" deyə, Elgiz söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.