Şou-biznes

2 manat 20 qəpiklik suyu İlkinə 6 qat baha satdılar

5 Oktyabr 2021 16:42
1 Şərh     Baxış: 2 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı İlkin Həsəni marketdən su alarkən başına gələn hadisəni bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İlkin əvvəlcə paylaşım edərək, uşaqlar üçün nəzərdə tutulan suyun 13 manat 20 qəpik olmasından şikayətlənib.

"Elə bildim, suyun 6 ədədi 2 manat 20 qəpiyədir. Kassada dedilər ki, 13 manat 20 qəpik. Bu, nə qiymət strategiyasıdır. 330 ml. su 2 manat 20 qəpik" deyə, İlkin paylaşımında qeyd edib.

O, daha sonra bildirib ki, suyu ona market baha satıb. Şirkət İlkinə mesaj yazaraq 6 ədədin qiymətinin 2 manat 20 qəpik olduğunu bildirib.

Aparıcı alış-verişini "Armostore" marketindən etdiyini, onu orada aldatdıqlarını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.