Aparıcı İlkin Həsəni marketdən su alarkən başına gələn hadisəni bölüşüb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İlkin əvvəlcə paylaşım edərək, uşaqlar üçün nəzərdə tutulan suyun 13 manat 20 qəpik olmasından şikayətlənib.
"Elə bildim, suyun 6 ədədi 2 manat 20 qəpiyədir. Kassada dedilər ki, 13 manat 20 qəpik. Bu, nə qiymət strategiyasıdır. 330 ml. su 2 manat 20 qəpik" deyə, İlkin paylaşımında qeyd edib.
O, daha sonra bildirib ki, suyu ona market baha satıb. Şirkət İlkinə mesaj yazaraq 6 ədədin qiymətinin 2 manat 20 qəpik olduğunu bildirib.
Aparıcı alış-verişini "Armostore" marketindən etdiyini, onu orada aldatdıqlarını bildirib.
Milli.Az