Şou-biznes

Aktrisanın toyunun təfərrüatları açıqlanıb - FOTO

5 Oktyabr 2021 09:18
1 Şərh     Baxış: 1 830
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

39 yaşlı amerikalı müğənni Britni Spirsin və nişanlısı 27 yaşlı şəxsi məşqçisi Sem Əsgərinin yaxınlaşan toyunun detalları açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mətbuatda yayılan məlumatlara görə, mərasimin Havay adalarında keçirilməsi planlaşdırılır. Cütlük məhkəmə zamanı müğənniyə dəstək olan Madonna, Mayli Sayrus kimi məşhurları DA dəvət edəcək.

"Hazırda Britninin əsas prioriteti ərə getmək, uşaq sahibi olmaq, sosial həyatını qaydaya salmaq və bütün pullarının hara xərcləndiyini anlamaqdır. Gərgin bir dövr olacaq", - deyə ifaçının yaxınlarından olan bir mənbə bildirib.

İfaçının yaxın gələcəkdə səhnəyə qayıtmağı planlaşdırmadığı, tam hüquqlu bir ailə yaratmaq istədiyi vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.