"Kızılcık Şerbeti" serialının ssenaristi Merve Göntem məhkəmənin qərarı ilə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Göntem, 4 il əvvəl verdiyi müsahibədə işlətdiyi ifadələrə görə "fahişəliyə təşviq və cinayətə təhrik" ittihamı ilə dünən axşam saxlanılmışdı.
İfadəsi alındıqdan sonra hakimin qərarı ilə Göntem adli nəzarət şərti tətbiq olunaraq azad edilib.
Lalə Qüdrətova
Milli.Az