Şou-biznes

"Usta yox, adam aldadanlar..." - İlhamə Qasımovanın başına iş gəlib

30 Sentyabr 2021 20:36
1 Şərh     Baxış: 2 479
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni İlhamə Qasımovanın başına iş gəlib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi avtomobilini düzəltdirmək üçün ustaya verib. O bildirib ki, əvəzində maşının başqa problemləri yaranıb:

"Bir ara düşdülər şou əhlinin üstünə: müsahibələrindən tutmuş, vergi ödəmələrinə qədər... Şou camaatı qazandı, onlar qaldı. Bəs, bu maşın ustalarına niyə heç nə deyilmir. usta yox, adam aldadanlar. Ötən il maşının akkumulyatorunu, yağını dəyişdim. Yağ 6 aydan sonra yox oldu. Azı 8 min getməliydim. Akkumlyator isə 1 il sonra öldü. Təzəsini qoyanda dedilər ki, üstündə bərkidən dəmiri yoxdur, onu da götürüblər. Bir şey deyil... Peşmansan ki, balaca nəsə soruşasan, dağ boyda problem yaradırlar. Pul da ödəyəndə çeksizdir. Şikayətin nə xeyri var ki, heç nə... Sadəcə, bir şey demək istəyirəm: istər ustası, istər həkimi, istərsə də başqa sahədə insanları aldadıb pul qazanırlarsa, halal etməyin. Mən də o ustalara halal etmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.