Şou-biznes

Xalq Artisti Fəxrəddin Manafova olan sevgisindən danışdı

17 Sentyabr 2021 20:48
3 Şərh     Baxış: 3 263
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çox dəyərli tərəf müqavillərim olub. Çox rejissorlarla işləmişəm, necə ki, Vaqif İbrahimov təkrarolunmaz və əvəzolunmazdır. Tərəf müqabillərim arasında da bir nəfər var ki, əvəzolunmaz və təkrarolunmazdır".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Mehriban Zəki "Bakı gecələri" verilişində deyib. Aktrisa onun üçün önəmli olan tərəf müqabilinin adını açıqlayıb:

"O, mənim əbədi tərəf müqabilimdir. Bilmirəm taleyimiz necə gətirəcək, qismət, arzu... Həyatdır, çox şey ola bilər. Amma nə olsa da, o insan mənim üçün əvəzolunmaz qalıb. Ondan çox şey öyrəndim: orqanik olmağı, səmimiyyəti, dik gözünün içərisinə baxmağı. Əsl tərəf müqabili pas ötürməyi bacarmalıdır. Bu yalnız söz, replika, mimika deyil, həm də energetik pasdır. Həmin tərəf müqabili mənim üçün Fəxrəddin Manafovdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.