Şou-biznes

Yeliz Yeşilmen də boşandı

9 Sentyabr 2021 20:48
0 Şərh     Baxış: 1 257
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa və müğənni Yeliz Yeşilmenin 11 illik həyat yoldaşı Əli Uğur Akbaşdan boşandığı iddia olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, instaqram hesabında canlı yayım edən aktrisa kədərli olduğunu və şəxsi həyatı ilə bağlı sualları cavablandırmaq istəmədiyini bildirib. O, sonunun "Acıların qadını", ifaçı Bergenə bənzəməsindən qorxduğunu ifadə edib.

"Bu gün iki saat ağladım. Gözlərim yanır, şişdi. Sonra qızım gəlib makiyaj etdi, etməli olduğum reklamlarım var. Çörək pulumdur, pul qazanmalıyam. Heç nə izah etməyəcəyəm. Ox yaydan çıxmışdı, dayandırıldı..." deyə, Yeliz açıqlayıb.

Qeyd edək ki, aktrisanın Ali ilə olan evliliyindən 2 övladı var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.