Şou-biznes

Məşhur serialın fanatları “girov” götürüldü - VİDEO

9 Sentyabr 2021 18:36
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya istehsalı olan "La Casa de Papel"in beşinci və son sezonunun ilk beş bölümünü izləyicilərə təqdim edən "Netflix" platforması spoyler (əvvəlcədən reklam -red.)  təhdidinə qarşı serialın ruhuna uyğun bir addım atıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, platforma seriala baxıb ssenarini əvvəlcədən sosial şəbəkələrdə yayan 100 izləyicini müəyyənləşdirərək Madridə dəvət edib.

Təyyarəyə daxil olan qonaqlar anidən filmin baş qəhrəmanı olan professorun səsini eşidiblər. Bu zaman onların girov götürüldükləri bildirilib.

Təşvişə düşən serial izləyicilərinə spoylerin qarşısını almaq üçün belə addım atdıqlarını qeyd ediblər. 

Beş saat havada qalan sərnişinlərə layihənin yeni bölümləri təqdim olunub. Beləliklə, uçuş rejimi sayəsində "La Casa de Papel" fanatlarının sosial mediada spoyler yerləşdirməsinin qarşısı alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.