Şou-biznes

"Ərimlə münasibətimdə ehtiras hələ də davam edir" - Üzləşdiyi xəyanətdən danışdı

10 Sentyabr 2021 02:02
0 Şərh     Baxış: 25 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nataşa Koroleva həyat yoldaşı Sergey Qluşkonun xəyanətindən danışıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Sergeyin eşq macəraları ilə bağlı söz-söhbətlərdə daim onun tərəfini tutan Nataşa ailə içi münasibətlərin daxildə həll edilməli olunduğuna inandığını bildirib:

"Həmişə özümü çox güclü, bütün həyat fırtınalarına davamlı bir insan hesab etmişəm. Ancaq məni sındırdılar. Ərimlə münasibətimdə ehtiras hələ də davam edir. Bəzən mübahisələr çox şiddətli olur, amma kənar adamların bu barədə bilməsinə ehtiyac yoxdur. Bir həyat yoldaşı olaraq onun üzünə vurmaq haqqım var. Bunlar bizim və yalnız bizim davamızdır".

Qeyd edək ki, Nataşa və Sergey 18 ildir birlikdədir. Sergey bir müddət əvvəl ona xəyanət etmiş, bu isə mediada yayılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.