Şou-biznes

İşdən çıxan aparıcılarla bağlı ATV-dən - Açıqlama

8 Sentyabr 2021 19:36
0 Şərh     Baxış: 2 913
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ATV bir neçə aparıcının telekanaldan ayrılması ilə bağlı açıqlama verib.

Milli.Az xəbər verir ki, telekanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ozal İbrahimli axşam.az-a bildirib ki, həm Aytən Səfərova, həm də Afaq Gəncəli öz istəkləri ilə işdən çıxıblar:

"Hər birinin qərarına hörmətlə yanaşırıq".

O.İbrahimli eyni zamanda qeyd edib ki, yeni mövsümlə əlaqədar ATV-də hazırlıqlar gedir:

"Əlbəttə ki, ATV-də yeniliklər olacaq. Yeni mövsümdə hansı simaların efirdə olacağı ilə bağlı isə yaxın günlərdə məlumat veriləcək".

Xatırladaq ki, bir neçə gün öncə Aytən Səfərova ATV ilə yollarını ayırdığını açıqlayıb. Daha sonra uzun illərdir bu kanalda çalışan, "ATV maqazin onlarla" verilişinin aparıcılığını edən Afaq Gəncəli ATV-dən getdiyini elan edib. Sözügedən proqramın redaktoru Ruslan Ağayev də kanaldakı işinə son verib. Onların hər biri yeni mövsümdən etibarən "Xəzər" TV-nin efirində görünəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.