Şou-biznes

Roza Zərgərlinin oğlu ilə Türkiyə gözəlinin görüntüləri - VİDEO

8 Sentyabr 2021 14:42
5 Şərh     Baxış: 5 321
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərli "Ömür yoldaşım" adlı yeni mahnısını və ona çəkdirdiyi klipini təqdim edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bəstənin müəllifi Ruslan Səfəroğlu, klipin rejissoru isə Nail Naiboğludur.

İki gəncin sevgisindən bəhs edilən ekran işində Roza Zərgərlinin aktyor oğlu Corc Qafarov və "Best model Türkiyə 2020" yarışmasının birincisi seçilən Melisa Irmak rol alıblar.

Müğənni bildirib ki, klipin ideya müəllifi özüdür:

"İdeya müəllifi özüməm. Mahnını 3 il əvvəl yazdırmışam. Düşündüm ki, artıq təqdim etməyin vaxtıdır. Corcu bir çox tanınmış sənətçilər klipinə çəkmək istəyib. Sonra Bənövşənin "Sarı gəlin" klipində oynadı. Mən də Corca təklif etdim və razılaşdı. Melisa isə qonorar almadı, xalam nəvəsidir. Türkiyədə müqaviləsi var idi, amma icazə aldı".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.