Şou-biznes

Pərəstişkarı məşhur reperin alnından brilyantı qopardı - VİDEO - FOTO

6 Sentyabr 2021 18:00
0 Şərh     Baxış: 1 153
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı reper Lil Uzi Vertin (Saymir Vuds) alnına implant edilmiş milyon dollarlıq brilyant pərəstişkarı tərəfindən qoparılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ifaçının özü xəbər verib.

Musiqiçinin sözlərinə görə, hadisə Mayamidə "Rolling Loud" hip-hop festivalında baş verib. Belə ki, reperin ifası zamanı izdihamın içindən səhnəyə tullanan pərəstişkarı onun alnına taxılmış qiymətli daşı qoparıb.

Qeyd edək ki, Lil Uzi Vert brilyantı alnına fevral ayında implant etdirmişdi. Sənətçinin dediyinə görə, 24 milyon dollarlıq (təxminən 40,8 milyon manat) dəyərli daş üçün pulu dörd il ərzində yığıb.

Sonradan məlum oldu ki, reper alnına implant olunmuş brilyantı bir müddət öncə çıxarıb. Ancaq "Rolling Loud"  festivalı üçün yenidən geri qaytarıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.