Şou-biznes

"Bakıda məni yaxşı əməliyyat etmədilər"

5 Sentyabr 2021 17:37
2 Şərh     Baxış: 1 487
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Əliqızı səhhətində yaranan problemin günahkarının Azərbaycanda həkimlər olduğunu deyib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi hazırda ayağı ilə bağlı Türkiyədə olduğunu bildirib. O qeyd edib ki, qardaş ölkəyə müalicəyə gedib.

Prodüser Sayqa Cahadi xəstəxanada ziyarət edən Sevda "İkimiz də xəstəyik, İstanbuldayıq. Bakıda bizi yaxşı əməliyyat etmədilər. İnşaAllah, yaxşı olacaq" sözlərini söyləyib.

Qeyd edək ki, müğənni podaqra xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə əməliyyat olunsa da sağalmayıb. "Ölürəm, bilmirəm necə edim. Mənə kömək edin, qurban olum. Həyatım məhv olur, daha dözə bilmirəm" deyə, ifaçı açıqlamalarından birində bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.