Şou-biznes

Ancelina Colinin Bred Pitt barədə açıqlaması gündəm yaratdı - FOTO

5 Sentyabr 2021 11:28
0 Şərh     Baxış: 1 200
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11 illik həyat yoldaşı Bred Pittdən boşanmağa qərar verən dünya şöhrətli ulduz Ancelina Colinin son evliliyi barədə açıqlamaları gündəm yaradıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 6 uşaq anası olan 46 yaşlı Coli Pittlə münasibətləri və evliliyi boyunca həm özünün, həm də uşaqlarının təhlükəsizliyindən narahat olduğunu bildirib. O, həmçinin vurğulayıb ki, qəyyumluq məsələsi həll olunmadığı üçün bu barədə daha geniş açıqlamalar verə bilmir.

Coli Pitt ilə böyük oğlu Maddoks arasında təyyarədə olduğu iddia edilən zorakılığa də istinad edib:

"Hadisələr təyyarədəki sözlər və fiziki zorakılıqla başlamadı. Vəziyyət bundan qat-qat mürəkkəbdir".

Aktrisa eyni zamanda əlavə edib ki, ailəsi və uşaqlarının atası üçün rahatlıq arzulayır:

"Biz hər zaman bir ailə olacağıq".

Qeyd edək ki, məşhurlar 2005-ci ildə "Mr. and Mrs. Smith" filminindən tanış olublar. O zaman Cennifer Enistonla evli olan Pitt arvadından boşanıb Coli ilə evlənmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.