Şou-biznes

"Anama həkimlər demişdi ki, başqa övlad dünyaya gətirə bilməzsən"

1 Sentyabr 2021 16:52
0 Şərh     Baxış: 2 260
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxanın qardaşı İsmayılzadə "Üzə-düz" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı İsmayılzadə maraqlı açıqlamaları ilə diqqət çəkib:

"Qardaşım Ayxanla mən 11 il sonra doğulduq. Anama zamanında həkimlər deyib ki, sən başqa bir övlad dünyaya gətirə bilmərsən. Anam haqqında xəbərlər yazıldı. Amma əkiz oğlan doğulduq. Möcuzə idik. Görünüşcə Ayxanla bir-birimizə bənzəmirik. Atam anama deyirmiş ki, 2 oğul istəyirəm, barı 1 oğlum olsun. Allah 2 oğul verib. Çox dəcəl olmuşam zamanında. Anamı uşaq vaxtı çox yormuşam, gün keçdikcə anlayıram bunu. Indi ona zəng edib deyirəm ki, məni bağışla. 25 ildir mən, qardaşım Ayxanla Türkiyədə yaşayırıq.

Bir problem olduqca tez ana deyirəm. Amma atamla telefonla sıx-sıx ünsiyyətdə oluruq, bu heç. Anam o qədər güclü bir qadın ki, hər mövzuda bir bilgisi var. Hətta 40-50 yaşımda belə bir problemim olsa mən yenə də anamdan məsləhət alacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.