Şou-biznes

"Övladlarım doğulandan sonra avtomobili sürətlə sürmürəm"

27 Avqust 2021 20:06
1 Şərh     Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Şuşadan çıxanda atam da, anam da yaralandı. Atam 3 il yataq xəstəsi oldu, Birinci Qarabağ müharibəsi əlili idi. Mənim üçün Şuşanın dəyəri başqadır. Hələ getməmişəm. İstəyirəm övladlarımla birlikdə gedim".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Salami şou"da qonaq olarkən deyib. Sənətçi Şuşa işğaldan azad edildikdən sonra ora gedib-getməməsi ilə bağlı sualı cavablandırıb.

Xuraman valideynlərə məsləhət də verib:

"Şuşanın alınmasını eşidəndə çox ağladım. Uşaqların yanında ağlamıram. Valideynlərə məsləhət görürəm ağlamasınlar. Bu uşağın özgüvənini azaldır. Amma həmin an göz yaşımı saxlaya bilmədim".

Bir vaxtlar sürətli avtomobil idarə etməsiylə tanınan ifaçı "Övladlarım doğulandan sonra sürətlə sürmürəm. Atasız, anasız böyüdüm. İstəmərəm uşaqlarım da eyni halı yaşasın" deyə, o, bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.