Şou-biznes

“Toppuş bacı” ilə bağlı BƏD XƏBƏR: yenidən...

23 Avqust 2021 11:36
10 Şərh     Baxış: 17 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddətdir xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyevanın səhhətində yenidən problem yaranıb.

Milli.Az axşam.az-a istinadən xəbnər verir ki, aktrisanın bədənində yenidən şiş aşkarlanıb. 

"Bir ay əvvəl kürəyimdə ağrılar yarandı, həkimə getdim. Şiş aşkarlandı. Bu dəfə sümükdə törəmə oldu. Şüa götürdüm ki, bəlkə balacalaşa, amma yetmədi. Əksinə şiş yayıldı, ağciyərimə keçib. Kimyaterapiyaya başlamışıq. İkinci olub, ümid edirəm ki, bunu da atladacam",  - bildirib. 

Qeyd edək ki, "Toppuş bacı" ləqəbli aktrisa bir neçə ildir xərçəngdən əziyyət çəkir. Şiş əvvəl aktrisanın uşaqlıq yolunda idi. Sonra şiş sənətçinin böyrək damarlarına və ağciyərinə yayılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.