Dünyaca məşhur Hollivud ulduzu Ancelina Coli instarqram sosial şəbəkəsində hesab açıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, profil yeni açılsa da, artıq 4 milyondan çox izləyicisi toplayıb.
Sənətçi ilk postunu da paylaşıb. O, yeniyetmə əfqan qızın ona yazdığı məktubu izləyiciləri ilə bölüşüb.
Məktubda əfqan qız "Taliban"ın zülmləri barədə Coliyə bildirib.
Hollivud ulduzu postda onu da qeyd edib ki, qadın hüquqları və onların səsi olmaq üçün sözügedən sosial şəbəkəyə gəlmək istəyib.
Milli.Az