Şou-biznes

Könül Xasıyeva intihar etmək istəyibmiş - "Yolun sonu olduğunu gördüm..."

6 Avqust 2021 19:06
Baxış: 2 268
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir gecə çox düşündüm, yolun sonu olduğunu gördüm. Açıqlamaq istəmədiyim hadisələr oldu. Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq..."

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva ARB telekanalında yayımlanan "Onun sirri" proqramında qonaq olarkən deyib.

Sənətçi vaxtilə intihar etmək istədiyini açıqlayıb:

"Fikirləşdim ki, özümə qəsd etsəm, Kazımın taleyi necə olacaq? O da həssasdır, anaya bağlı uşaqdır. Sanki övladımı deyil, ürəyimdən daş parçası götürdüm. Dedim, Kazım, hava almağa çıxıram, istəyirsən, gəl. Geyindirdim, əlindən tutdum, dənizin qırağına tərəf getdik. Bunların heç birini hiss etməmişəm. Adımı eşidəndə ayıldım, diksindim. Özümə gələndə gördüm dənizin qırağındayam, bir polis işçisi dayanıb. Dedi ki, siz Könül xanımsınız? Dedim, hə. Soruşdu ki, burada nə edirsiniz? Söylədim ki, heç nə. Ondan sonra qayıdıb gəldim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.