Xalq artisti Ağadadaş Ağayev koronavirus əleyhinə vaksin vurdurub.
Milli.Az big.az-a istinadən xəbər verir ki, sənətçi vaksin vurdurarkən foto çəkdirərək "Instagram" hesabında paylaşıb. O, paylaşımına: "Sevimli xalqıma sağlıqlı uzun ömürlər arzulayıram! Peyvəndimi vurdurub pasportumu aldım!" sözlərini yazıb.
Qeyd edək ki, sənətçi bir müddət öncə xərçəng xəstəliyinə görə ağır əməliyyatlar keçirib.
Milli.Az