Ölkə

“Qoca” ilə qaçan Əli Ağamidən xəbər var

14 Avqust 2025 12:40
Baxış: 699
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Səkkiz il əvvəl "Qoca" ləqəbli Etibar Məmmədovla birlikdə etap zamanı xüsusi təyinatlı vaqondan qaçan məhkum Əli Ağami Qobustandakı qapalı tipli həbsxanaya köçürülüb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, yerli məhkəmə Penitensiar Xidmətin müvafiq təqdimatı əsasında bu qərarı qəbul edib.

Əli Ağami saxlanıldığı ciddi rejimli cəzaçəkmə müəssisəsində rejim qaydalarını pozub. Məhz bu səbəbdən onun həbsxanaya köçürülməsi qərara alınıb.

Qeyd edək ki, Əli Ağami və "Qoca"nın qaçmasına kömək etdiyi üçün müğənni Fədayə Laçın da məhkum edilmişdi. Əməliyyat zamanı baş verən atışmada "Qoca" öldürülüb. Hadisə ilə bağlı Penitensiar Xidmətin o vaxtkı tabor komandiri və bir neçə əməkdaşı da həbs olunmuşdu.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli Ağami əvvəlki qətl cinayətinə görə təyin olunmuş cəzası birləşdirilməklə 20 il, Fədayə Laçın 5 il, tabor komandiri və digər şəxslər isə 9 ilədək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Əli Ağami istisna olmaqla digər məhkumlar artıq azadlıqdadırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.