Şou-biznes

Məşhur aktyorun malikanəsini sel basdı - FOTO

30 İyul 2021 13:26
Baxış: 2 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyada baş verən daşqınlar nəticəsində Hollivud ulduzu Corc Klunin də malikanəsi zərər görüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, İtaliyada 72 saat davam edən yağışların ardından yaranan sel aktyorun evinin önünə qədər çataraq eyvandan içəri daxil olub.

Hadisə zamanı aktyor, həyat yoldaşı Amal Kluni və əkizləri evdə olsa da hadisə nəticəsində zərər görməyiblər.

XVIII əsrə aid "Oleandar" adlı villanın qapısı və aşağı mərtəbədəki otaqlar isə yararsız hala düşüb.

Kluni olayın ardından bələdiyyə rəhbəri ilə əlaqə saxlayaraq sel daşqınlarında ziyan görmüş ailələrə yardım etmək üçün qəsəbə sakinləri ilə görüşüb. O, vəziyyətin təsəvvür etdiyindən daha pis olduğunu bildirib. 

Qeyd edək ki, bu, aktyorun təbiət olaylarından ilk ziyan görən malikanəsi deyil. Ötən il İngiltərədəki 12 milyon sterlinq dəyərində olan villası da "Dennis" qasırğası nəticəsində zərər görmüşdü.

Aktyor "Oleandar" adlı villanı isə 2002-ci ildə 10 milyon sterlinqə satın alıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.