Şou-biznes

Aktrisadan izləyicilərinə irad tutdu: İçinizi gözəlləşdirin

16 İyul 2021 02:47
1 Şərh     Baxış: 2 710
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə tanınmış aktrisa Xəyalə Quliyeva arıqlamaq üçün əməliyyat olunub. O, bu barədə İnstaqram hesabında məlumat yayıb. Lakin X.Quliyevanın paylaşımı istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb. Ona bıçaq altına yatdığı üçün irad bildirənlər var.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, yeni paylaşım edən aktrisa təkrar tənqid atəşinə tutulub. Bir izləyicisi sənətçiyə "Çox heyf. əvvəlki simanız daha yaxşı idi" rəyini yazıb.

X.Quliyevadan ona cavab gecikməyib:

"Doğrudan?! Əzizim, bu köhnə videodur, əməliyyatdan öncə çəkilib. Gördünüzmü, boş-boşuna irad  bildirməyi sevirsiniz? Mütləq nəsə pis bir şey deməlisiniz. Bəziləri niyə belədir? Səmimi olmaq çoxmu çətindir?! Nə üçün yalandan pisləyirsiniz? İçinizi gözəlləşdirin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.