Şou-biznes

“110 kilo da meyxanaçı olar?!” - VİDEO

9 İyul 2021 19:24
5 Şərh     Baxış: 2 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Meyxanaçı Orxan Lökbatanlı "Həmin Zaur" proqramında qonaq olub.

Bu zaman aparıcı Zaur Kamal ona "110 kilo da meyxanaçı olar?" sualını ünvanlayıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, meyxana ustası onun sualını gülərək qarşılayıb və bunları söyləyib:

"Yüz on dörd kiloqramam. Mən pandemiya dövründə evdə oturmaqdan kökəldim, əvvəl ora-bura qaçırdım. Toylar  başlayıb yenə qaçhaqaç olacaq".

Lakin bu video sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilər və meyxanaçının sevənləri Zaura irad bildirib.

Məsələn, Nihad Əhmədullayev adlı istifadəçi bu şərhi yazıb:

"Onun qarnına görə dəvət etmisiniz, ya meyxanası  üçün? O, çox gözəl meyxana deyəndir".
İbrahim İncəoğlu: "Göbək rəqsi etmir ki... Şairdir, sənəti var, meyxana deyir, şeir yazır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.