Şou-biznes

Geyimi 322 saata hazırlanıb - FOTOlar

9 İyul 2021 14:42
0 Şərh     Baxış: 1 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kann Film Festivalında qırmızı xalça üzərində parlayan ulduzlardan Marion Kotiyarın geyimi də göz qamaşdırıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 45 yaşlı aktrisanın əynindəki zərif paltarın hazırlanmasına düz 322 saat sərf olunub. Gümüş krujeva və bəzək təbəqələrindən dizayn edilən geyim ötən il "Chanel"in təqdim etdiyi kolleksiyaya aiddir.

Aktrisa kolleksiyasının təqdimatı zamanı həmin əlbisəni görər-görməz geyinmək istədiyini etiraf edib:

"Festivalın başlayacağını eşitdiyim anda Kannın bu cür möhtəşəm paltar geyinmək üçün ən yaxşı yer olduğunu düşündüm. Sanki krujevanın üzərinə gümüş dağılmış kimi idi".  

Cüt bəyaz ipək tül üzərində 3 fərqli krujevadan ibarət olan əlbisə silikon şüşə lövhələrlə örtülüb. Krujeva üzərində qızdırılmasıyla hazırlanan güzgülü alüminium effekti ilə tikilən libasın tikilməsinə 322 saat lazım olub.

Qeyd edək ki, Fransada təşkil olunan Beynəlxalq Kann Film Festivalı iyulun 17-dək davam edəcək.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.