İdman

Yamal və Mbappeni qabaqlayıb ən yaxşı seçildi

13 Sentyabr 2025 16:50
Baxış: 362
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İspaniya La Liqasında avqust ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Milli.Az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

Belə ki, "Vilyarreal"da çıxış edən Nikolas Pepe ötən ayın ən yaxşısı seçilib.

30 yaşlı vinger səsvermədə Lamin Yamal ("Barselona"), Kilian Mbappe ("Real"), Pere Milya ("Espanyol") və Niko Uilyamsı ("Atletik") qabaqlayıb.

Qeyd edək ki, Nikolas Pepe avqust ayında ölkə çempionatında meydana çıxdığı 3 matçda 2 qol vurub, 1 qol ötürməsi edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.