Şou-biznes

“Rəmişin yanına getmək istəyirəm, onsuz bu dünyada yaşamaq tam mənasızdır...”

1 İyul 2021 14:04
4 Şərh     Baxış: 1 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bütün günü Rəmiş deyib ağlayıram, axtarıram. Çağırıram, cavab vermir. Dörd aydı səsi gəlmir qulağıma".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Gülü Hüseynova deyib. Gülü xanım Rəmişdən sonra tək qaldığını və hər gün onun üçün ağladığını bildirib:
 
"Məni yada saldığınız üçün çox sağ olun, Allah razı olsun. Bütün günü Rəmiş deyib ağlayıram, axtarıram. Çağırıram, cavab vermir. Dörd aydı səsi gəlmir qulağıma. Hər gün gedib məzarının üstündə çağırıram, amma bir dəfə ay Gülü, demir. Tək qalıram, kimim var ki, heç kimim yoxdu. Bir Allah və bir də Rəmişim var idi, onu da Allahım apardı və indi təkəm. Rəmişsiz çox çətindi, nə yaşamaq, nə də bu dünyanı istəmirəm. Rəmişin yanına getmək istəyirəm. Onsuz bu dünyada yaşamaq tam mənasızdı". (Ağlayır)
 
Qeyd edək ki, Xalq artisti Rəmiş aprelin 5-də dünyasını dəyişib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.