Şou-biznes

Sevgilisi 12 nəfəri yaralayan aktrisa polisə aparıldı

30 İyun 2021 11:59
0 Şərh     Baxış: 1 131
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Ayşegül Çınarla sevgilisi Furkan Çalıkoğlu arasında növbəti dəfə mübahisə yaşanıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, gecə saatlarında Beyoğlundakı otellərdən birinin restoranında Ayşegül və Futkan arasında yaranan mübahisə davaya çevrilib. Restoran işçiləri onları sakitləşdirməyə çalışıb. Bu zaman Furkan əlindəki bıçaqla onlara hücum edib. Nəticədə 5 otel işçisi və hadisə yerinə müdaxilə etmək üçün gələn 7 polis əməkdaşı yaralanıb. Hadisənin ardından Ayşegül Çınar və sevgilisi Furkan Çalıkoğlu Polis İdarəsinə aparılıb.

Ayşegül polis bölməsinə aparılmadan öncə kameralara "Salam, məkanda bizə hücum etdilər. Cənab qaçdı, indi bizi tuturlar'' deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.