Şou-biznes

Cennifer Lopes və Ben Afflek yenidən evlənəcəklər - QƏRAR VERİLDİ

29 İyun 2021 02:40
0 Şərh     Baxış: 1 590
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı aktrisa və müğənni Cennifer Lopes və aktyor Ben Afflek bu ilin sonuna qədər nikaha girmək niyyətindədirlər. 

Milli.Az xəbər verir ki, bu barədə "The Sun" yazıb. 

Mənbənin verdiyi məlumata görə, Afflek ikinci dəfə Lopesi itirməkdən qorxduğu üçün ilin sonuna qədər evlilik işini tamamlamağı planlaşdırır. 

Afflekin müğənninin 52 yaşı tamam olan gündə - iyulun 24-də evlilik təklifi edəcəyi vurğulanır. 

Daha əvvəl Afflek və Lopesin Montanadakı dağ-xizək mərkəzində birlikdə tətilə getdikləri bildirilmişdi. 

Qeyd edək ki, 2021-ci ilin aprelində JLo 2017-ci ildən bəri münasibətdə olduğu beysbolçu Aleks Rodriges ilə nişanını qaytarıb.

Bununla belə, onlar birgə çalışmağa davam edəcəklərini və ortaq layihələrdə bir-birlərinə dəstək verəcəklərini söz veriblər. 

Yanvarda isə 48 yaşlı Afflek 32 yaşlı aktrisa Ana de Armasdan ayrılıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.