Məşhur opera müğənnisi Ülvi Qılınc İstanbulda yaşayan aktrisa Tuanna Əhmədova ilə eyni layihədə yer alıb.
Milli.Az "bizim.media"-ya istinadən xəbər verir ki, 34 ölkədə opera sahəsində birinci yer tutan Ülvi Qılınc Tuanna Əhmədova ilə birlikdə İstanbulu gəzib.
Müğənni İstanbula aşiq olduğunu və burada tezliklə klip çəkdirəcəyini deyib.
T.Əhmədova tezliklə İstanbulda vətən həsrəti çəkən Azərbaycan vətəndaşları üçün böyük bir konsert təşkil edəcəklərini bildirib.
O, həmçinin Ü.Qılıncın Türkiyədə çəkilən filmdə də rol alacağını qeyd edib.
Milli.Az