Şou-biznes

İzləyicisini polisə şikayət etdi

18 İyun 2021 13:04
Baxış: 1 013
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Farah Zeynep Abdullahı sosial şəbəkə istifadəçisi özündən çıxarıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  sənətçi saçını yaşıl rəngə boyadığı üçün onu təhqir edən izləyicisini polisə şikayət edib.

Görünüşündə dəyişiklik edərək saçını yaşıla boyayan aktrisa fotosunu sosial şəbəkədə yayımlayıb. Bəziləri onun ünvanına təriflər yazsa da, təhqir edənlər də az olmayıb. İstifadəçilərdən biri isə "Yaşıl saç nədir, Zeynep? ... olmusan" sözlərini yazıb.

Sözügedən şərh qısa zamanda izləyicilər tərəfindən paylaşılıb. Bu da Farah Zeynepi əsəbiləşdirib. O, polisə gedərək alçaldığını deyib və ölçü götürülməsini istəyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.