Şou-biznes

Hamiləliyini öyrənmək üçün 20 dəfə test etdi

12 İyun 2021 16:52
Baxış: 738
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur model Emili DiDonato ana olmağa hazırlaşır.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, hamilə olduğundan şübhələnən model 20 dəfə test etdirib.

Fərqli markaların testlərini alan Emili əmin olmaq üçün bu addımı atdığını bildirib. O, həyat yoldaşı Kil Petersona qız övladı bəxş edəcəyini söyləyib. 

"Yorğun olduğum bir gün şkafda olan hamiləlik testini etdim. İçimdə pozitiv olacağı ilə bağlı qəribə hiss var idi. Nəticəni görəndə özümü bir filmin içindəki kimi hiss etdim. Gedib 20 fərqli markanın testini aldım. Ondan sonra inandım" deyə, model söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.