“Psixoloji travma keçirdim, canımdan bezmişəm...“ - Xalq artisti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gündən etibarən ölkəmizdə iri ticarət mərkəzləri, "Mall"lar, idman zalları, məscidlər fəaliyyətə başlayır.
Bununla bağlı mayın 26-da Baş nazir Əli Əsədov qərar imzalayıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı yenisabah.az-a danışan Xalq artisti Naibə Allahverdiyeva artıq teatrların da açılmalı olduğunu deyib:
"Əgər "Mall"lar, idman zalları açılırsa, teatrlar da açılmalıdır. Təbii ki müəyyən qaydalar olmalıdır. Gələcəkdə yarana biləcək böyük fəsadların qarşısı alınmalıdır. Məsafəni gözləməklə, girişdə temperaturu ölçməklə insanlara teatrlara gəlməyə şərait yaradıla bilər. Mütləq teatrlar açılmalıdır, elə tək "Mall"lara getməklə, idman zallarına getməklə olmur. İnsanlara mənəvi qida da lazımdır. Teatra gələnlər mənəvi qidalanırlar, rahatlıq tapırlar. Mən bunu aktrisa kimi demirəm, inanın mənə, vətəndaş kimi deyirəm. Bizim tamaşalara heç vaxt teatra gəlməyən insanlar gəlib, deyiblər ki, biz rahatlıq tapdıq, sanki tamaşada özümüzü gördük. Ona görə mənə elə gəlir ki, tezliklə teatrların açılması mütləqdir. Məktəblilərimiz, tələbələrimizə, gələcək nəslimizə teatr mütləq lazımdır".
Onun sözlərinə görə, aktyorlar evdə qalmaqdan öz plastikasını itirib, psixoloji travma alıblar:
"Biz aktyorlar üçün də yaxın zamanda teatrların açılması lazımdır. Çünki biz də musiqi alətləri kimi sanki "kökdən düşmüşük". İnanın, bu həqiqətən belədir. Bəzən düşünürlər ki, aktyor olmaq asandır, çünki bizim sənəti gətirib bu vəziyyətə çıxardılar, elə yerindən qalxan aktyor oldu. Amma bu sənət asan deyil. TƏBİB mütləq bu barədə düşünməlidir və teatrları mütləq açmalıdır, yetər, nə qədər olar?! Artıq biz mənəvi, psixoloji travma keçiririk. Şəxsən mən bu vəziyyətdəyəm, hər şey yadımdan çıxıb. Bu bizim işimizdir, işləməliyik. Bəlkə də konsert zalları o qədər də lazım deyil, çünki insanlar televiziyalara baxırlar, müğənnilər efirlərə çıxıb oxuyurlar, amma teatr aktyorları lap pis vəziyyətdədirlər. Biz yenidən teatrlara qayıtmalıyıq, ən azından məşqlər başlasın. Aktyor idmançı kimidir, o daima məşq etməli, özünü formada saxlamalıdır, plastikasını saxlamalıdır. Çıxıb səhnədə kiminsə həyatını canlandırmaq asan deyil, bunun üçün aylarla məşq etməlisən. Nə qədər tamaşalarımız var, hamısı yan üstə qaldı. Nə qədər evdə oturmaq olar? Mən artıq canımdan bezmişəm, çox çətindir. Mən üzümü Operativ Qərargaha üzümü tuturam, xahiş edirəm, bizə də yazığınız gəlsin. Açın bu teatrları".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Tolik: "Mən 25 manata ət almıram" - (Video)
-
Afətin əri danışdı: "70-100 yaşı olsa da xoşbəxtəm" - (Video)
-
Aparıcı Çiçəyin dekolteli geyimi diqqət çəkdi - (Video)
-
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım qızıl hədiyyə etdi - (Video)
-
Vəfa Şərifova görünüşünü dəyişdirdi - (Video)
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir





