Şou-biznes

"Kimə deyirəm inanmır" - "Bəxt üzüyü"nün Sarası

5 İyun 2021 12:24
Baxış: 3 332
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kimə deyirəm inanmır. Filmdə mən Saranı oynamışam. Amma Şəki teatrında Söylüyünü canlandırırdım".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Səhər mərkəzi" verilişində deyib. Aktrisa "Bəxt üzüyü" filmindəki obrazından danışıb.

O bildirib ki, filmdə Sara obrazını oynasa da, teatrda Söylünü canlandırıb.

"Bu tamaşanın quruluşu Sumqayıt və Şəkidə verilib. Vaqif Səmədoğlu kulisdə mənə yaxınlaşdı. Biz də məşq edirdik. Baxdı mənə, dedi, bacı, mənə etibarlı qadını, həyat yoldaşını sevən qadını oyna. O vaxt Moşunu Şəki teatrında çalışan aktyor Rafiq Yunusov oynayırdı" deyə, aktrisa əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.