Şou-biznes

Məşhur ulduz narkotik çəkib səhnəyə çıxdı - VİDEO

1 İyun 2021 13:19
Baxış: 2 291
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın pop ulduzu Olqa Buzovanın Volqoqraddakı konserti qalmaqala səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki,  "Dom 2" realiti şousu ilə ulduzu parıldayan sənətçi səhnəyə 1 saat gec çıxıb.

O, gah ağlayıb, gah da gülərək tamaşaçıları salamlayıb. Üç ifasını səsləndirən Olqa daha sonra səhnədən enib. Bir az sonra pərdənin arxasından mikrofonu açıq olan müğənninin söyüşləri eşidilib.

Geyimini dəyişən sənətçi yenidən səhnədə görünüb və tamaşaçılara barmağı ilə qeyri-etik işarə göstərib.

Rusiya KİV orqanları iddia edir ki, Buzova səhnəyə içkili və narkotikdən istifadə etmiş halda çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.