Şou-biznes

"Buranı sevdim, heç kim açıq-saçıq geyinmir" - Nadir Qafarzadə

31 May 2021 11:49
Baxış: 38 942
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avropa dediyimiz bəlkə də elə bu şəhərdən başlayır".

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, bunu Rusiyada səfərdə olan müğənni Nadir Qafarzadə Sankt-Peterburq şəhəri barədə danışarkən bildirib.

"Çox mədəni insanlar - sakit, sterssiz, əsəbsiz... Nə soruşursan, cavab verirlər. Deyirlər, azərbaycanlıları Rusiyada sevmirlər, vallah, bunu görmədim. Kim özünü yaxşı aparırsa, qanuna riayət edirsə, burada ayrı-seçkilik salmırlar. İnsanların heç kimlə işi yoxdur. Hər kəs yolu ədəb-ərkanlı gedir, açıq-saçıq geyinən yoxdur, eşitdiyimə görə isti də olanda geyinmirlər. Heç kimə nəyisə sübut etmək istəmirlər. Sadə geyinirlər. Öz pullarını, mallarını, geyimlərini nümayiş elətdirmirlər. Mən belə xoşlayıram. Sevdim səni, Piter", - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.