Şou-biznes

Ağakərimin vəziyyəti ağırdır - Oğlu danışdı

27 May 2021 14:22
Baxış: 2 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhətindən xəbər var.

Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən meyxanaçının oğlu bildirib ki, atasının vəziyyəti kafidir: "Atamın vəziyyətində irəliləyiş yoxdur. Əvvəl necə idisə, indi də elədir". 

Xatırladaq ki, Ağakərimin oğlu mayın 6-da Lent.az-a açıqlamasında bu sözləri demişdi: "Atamın səhhətinə yaxşı demək olmaz. Həkimlər müalicə yazıblar. Deyiblər ki, ev şəraitində müalicələrini davam etdirsin. Həkimlərin fikrincə, xəstəxanada edə biləcəkləri nəsə yoxdur. Sadəcə, ev şəraitində müalicəsi davam etdirilməlidir. Çox bədbinləşib. Danışdırmasan, danışmaz". 

Meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.