Şou-biznes

Türk ulduzlar Samirə ilə duet oxumaq istədilər

27 May 2021 10:52
Baxış: 1 570
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avroviziya-2021" mahnı müsabiqəsində ifaçı Samirə Əfəndinin stilistliyini edən Anar Ağakişiyev "Onda görüşək" proqramında yarışma ilə əlaqəli açqlamalar verib.  

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  A.Ağakişiyev müsabiqədəki ab-hava haqda bunları söyləyib:

"Evrovision"a bir il getməmişəm. Amma məndən inciməsinlər. Samirəyə gələn alqışları digər iştirakçılarımızda görməmişəm. Özəlliklə yallı hissəsində coşqu artdı. Hamı düşünürdü ki, Samirə ən azı beşlikdə ola bilər".

Tanınmış stilist türkiyəli ulduzların S.Əfəndiyə olan rəğbətindən də söz açıb:

"Ona Türkiyədən bir neçə duet təklifi gəlib. Demet Akalın Samirə ilə duet etmək istəyənlərdən biridir. İnşallah birgə mahnı ifa edəcəklər". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.