Şou-biznes

Nigar Camaldan partiya sədrinə: ““Ell və Nikki, yoxsa Eliş - Nikki?”

27 May 2021 03:50
Baxış: 15 631
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağ Partiya başqanı Tural Abbaslı "musavat.com"a açıqlamasında "Evrovision" qalibləri Nigar Camal və Eldar Qasımova irad bildirib. O deyib ki, Nigar özünə Niki, Eldar isə El deyir: "Öz milli adlarını səsləndirməyə belə özlərinə sığışdırmırlar".

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, T.Abbaslının sözügedən fikirlərindən sonra N.Camal İnstaqramda paylaşım edib. Sənətçi Eldar və aktyor Cabir İmanovla  fotosunu paylaşaraq bunları yazıb:

"Ell və Nikki, ya Eliş və Nikki?".

Eldar isə həmin paylaşıma bir komment əlavə edib:

"Məncə, Nicar Jamalzadə".

Sənətçinin paylaşımı sosial şəbəkələrdə T.Abbaslının açıqlamasını xatırladıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.