Şou-biznes

"Bu özəl anlardır və ilk dəfə etiraf edirəm"

21 May 2021 16:32
Baxış: 1 387
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Tünzalə Ağayeva "Özəl" proqramında həyatı və sənəti ilə bağlı açıqlamalar verib.

Milli.Az sherq.az-a istinadən xəbər evrir ki, o məşhur "Xoş gəldin, gülüm" mahnısının ərsəyə gəlməsindən danışıb: "Moskvadan qayıdanda gördüm ki, mesaj gəlib. Və yazılıb:

"Xoş gəldin, gülüm dünyama. Suyu qurumuş dəryama". 

Dörd sətirlik bir mesaj idi . Çox xoşuma gəldi. Mahnının söz yazarına dedim, gəl, bunu şeirə çevirək.  Nəhayət sözləri hazırladıq. Bir gün vanna otağını təmizləyirdim, o zaman musiqisini bəstələdim. Əslində insanların təsəvvüründə bəstəkar daim piano arxasında olur, mahnı orada yazılır. Həmişə elə alınmır. Bəzən günəşin altında, ev təmizləyərkən də əsər yaranır.  Bu özəl anlardır və ilk dəfə etiraf edirəm. Yazdığım mahnıların 90 faizində əsas nəqarət, yadda qalan hissədə düşünürəm ki, bu seviləcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.