Şou-biznes

Xalq artistindən gənc müğənnilərə - "Yazıqlar"

21 May 2021 12:14
Baxış: 1 264
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Cavan Zeynallı gənc ifaçıları tənqid edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "MTV Azərbaycan"a açıqlamasında gəncləri tanımadığını deyib. O, hazırda gündəmdə olanları "yazıq" adlandırıb:

"İndi oxuyanlar cavanlardır. Tofiq Quliyev, Rauf Hacıyev, "Qaya"nın mahnılarını oxuyurlar. Bəstəkarlar dünyasını dəyişib, amma mahnıları oxunur və sevilir. İndikilər cavandır, amma istəyirlər bütün dünyada onları bilsinlər. Belə şey olmaylb, olmayacaq da. Mən Aygün Kazımova, Röya Ayxanı tanıyıram. Onlarla konsertlərdə iştirak edirdim".

"Damla, Şəbnəm Tovuzlunu tanıyırsız" sualına müğənni "Tanımıram, çünki beynimdə yer yoxdur. Musiqi məktəbini bitirmişəm. Skripka, pianino ifa edirdim. Musiqi məktəbi, konservatoriya bitirmişəm. İndikilər oxumaq nədir bilmir, yazıqdılar, hara getsinlər? Müəllimlər də yoxdur. Zaman ayrı tərəfə getdi. Necə mahnı yazılır? Ona görə də birgünlük mahnılar yazılır. Oxuyan da deyir, birnömrədir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.