Şou-biznes

Xalq artisti Arif Quliyev haqqında - "Şokdayam, bu qədər itki, dərd olmaz - VİDEO

7 May 2021 12:04
Baxış: 3 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Naibə Allahverdiyeva İnstaqramda video yayımlayaraq həmkarı Arif Quliyevin vəfatından danışıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  göz yaşlarını saxlaya bilməyən aktrisa son günlər dünyasını dəyişən sənət adamlarından danışıb:

"Bilmirəm nə deyim. Şokdayam, bu qədər itki, dərd olmaz. Hər gün birinin ölüm xəbərini eşidirsən. Hər gün bir dostun gedir. Hər gün sənət adamlarından kimsə ölür. Əvvəl şəhidlərimiz, indi də sənət adamlarımız. İstedadlı, ən gözəl insanlarımız gedir. Dözmək olmur, çox çətindir. Özünüzü qoruyun, əziz sənət dostlarım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.