Şou-biznes

Üç nəsil gözəllik: Cennifer Lopesdən unikal çəkiliş - FOTO

6 May 2021 11:04
Baxış: 1 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur müğənni və aktrisa Cennifer Lopes 75 yaşlı anası Qvadelupe Rodriqes və yeniyetmə qızı Emma ilə maraqlı çəkilişlərdə iştirak edib. Belə ki, ifaçının ailəsinin üç nəsil üzvü "JLo Beauty" kosmetika brendi üçün poz verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kosmetikanın devizi "7-77 yaş arası möhtəşəm parlaq dəri üçün"dür və ekspertlərin fikrincə bu foto şüarı ən yaxşı şəkildə illüstrasiya edir.

Qeyd edək ki, Cenniferin anası Qvadelupe Rodriqes evdar qadın olub və üç qız övladı (Cennidən böyük Lesli və kiçik Linda) böyüdüb.

Lopesin qızı Emma əkizlərdən biridir. O və qardaşı Maks aktrisanın ifaçı Mark Entoni ilə nikahından dünyaya gəlib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.