Avtoqəzada ölüb ifası yarım qalan məşhurlar...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında müğənni Aslan Hüseynovun idarə etdiyi "BMW" markalı avtomobil qarşıda hərəkət edən "Kamaz" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində 53 yaşlı ifaçı həlak olub.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Aslan Hüseynovdan başqa da avtoqəza nəticəsində həlak olan məşhur şou-biznes nümayəndələri, incəsənət nümayəndələri olub.
Bənzərsiz səsə malik olmuş xanəndə Səxavət Məmmədov da avtoqəzada dünyasını dəyişib. Məşhur muğam ifaçısı Firuz Səxavətin qardaşı olan Səxavət Məmmədovun ölümünə səbəb olan qəza 1991-ci il sentyabrın 30-da Şirvan rayonu ərazisində baş verib. 37 yaşında dünyasını dəyişən xanəndənin qəbri üzərinə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırmaq mümkün olmamışdı. Ağdamın Abdal-Gülablı kəndindən olan ifaçının üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalmışdı.
.jpg)
Tanınmış reper Hüseyn Dərya da avtoqəza nəticəsində ölən məşhurlardandır. Onun ölümünə səbəb olan qəza 2014-cü ilin martında qeydə alınıb. Bakının Xəzər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı Hüseyn Dəryanın idarə etdiyi "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən "Kamaz" markalı maşına çırpılıb. Qəza nəticəsində kəllə-beyin travması alan reper, 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. O, bir gün sonra yerləşdirildiyi xəstaxanada dünyasını dəyişib.

"Geri dön", "Sevgi qatarı" kimi mahnıları ilə tanınan müğənni Şəfa Hüseynova da avtoqəza nəticəsində həyatla erkən vidalaşıb. Onun ölümünə səbəb olan qəza 2005-ci ilin dekabrında baş verib. Maraqlıdır ki, Şəfanın içində olduğu avtomobil də "Kamaz"a çırpılıb. Saatlıdan Bakıda qayıdarkən baş verən qəza nəticəsində müğənninin anası vəfat edib, Şəfa isə üç gün komada qaldıqdan sonra dünyasını dəyişib. Qəzada yaralanan Şəfanın qardaşı Səxavət isə 46 gün komada qaldıqdan sonra ayılıb. Avtomobili idarə edən sürücü də qəza nəticəsində sağ qalıb.

Vaxtı ilə "Maşın gəlir, qabağa baxım, sağa baxım?..." qafiyəsini tutan meyxanaçı Bayram Kürdəxanlı da yol-nəqliyyat hadisəsi zamanı ölüb. Onun ölümünə səbəb olan qəza 2017-ci ilin avqustunda baş verib. Belə ki, meyxanaçı Kürdəxanı qəsəbəsində yolu keçərkən onu qəsəbə sakini Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı avtomobil vurub. B.Kürdəxanılı ağır xəsarətlərlə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılsa da, 55 yaşlı söz xiridarının həyatını xilas etmək mümkün olmayıb.

Avtoqəza nəticəsində həlak olan digər meyxanaçı isə Nizami Rəmzidir. Meyxananı televiziya ekranlarına çıxaran ilk şəxs olmuş Nizami Rəmzinin ölümünə səbəb olan qəza 1997-ci ilin yanvarında baş verib. Söz xiridarı məclisə gedərkən dostu və meyxanaçı Kəbir Azəri ilə birgə yol qəzasında həlak olub. Ekspertizaya görə, içkili olan Nizami Rəmzi maşını sürərkən şəhərdən çıxan İkarusla toqquşaraq həlak olmuşdu. Bu zaman meyxanaçının 49 yaşı var idi.
.jpg)
"Yeni Ulduz-2" yarışmasında məşhurlaşan gənc müğənni Rəcəb Musayev də avtomobil qəzasında dünyasını dəyişib. Onun ölümünə səbəb olan qəza 2011-ci ilin yanvarında baş verib.
.jpg)
Belə ki, ifaçı həmin ilin yanvarın 8-i axşam saatlarında Kürdəxanaı-Ləhic bağları istiqamətində hərəkət edən zaman idarə etdiyi "Mercedes" markalı avtomobilini aşırıb. Yüksək sürətlə hərəkət edən avtomobil bir neçə dəfə çevrilib. Ağır xəsarətlə 3 saylı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

"Yeni Ulduz" layihəsi nəticəsində tanınan müğənni Leyla Ağamalıyeva da avtoqəzada ölüb. Hadisə 2009-cu ilin avqustunda baş verib. Leyla da Rəcəb kimi idarə etdiyi "Chevrolet" markalı avtomobili aşırmışdı. Nəticədə Ukrayna vətəndaşı olan ifaçı hadisə yerində dünyasını dəyişmişdi.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Zamiqin Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - (Fotolar)
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
42 yaşlı azərbaycanlı aparıcı gözəlliyi ilə heyran etdi - (Video)
-
Sevil-Sevincin qardaşının ailəsi ilə fotoları maraq yaratdı - FOTOlar
XƏBƏR LENTİ
-
Zamiqin Bodrumda oğlunu Fatih Terimlə görüşdürdü - (Foto)
-
"Arzum"un işi ilə bağlı yeni iddia: Amal Məlikov xuliqanlıq və narkotik işi üzrə məhkum olunub... - (Fotolar)
-
İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıq
-
Ronaldo matç öncəsi görüntüsü ilə müzakirə yaratdı: Təkcə su içirəm demişdi... - (Video)
-
Sumqayıtda gənc qız çimərlikdə boğuldu
-
Fatimə Kərimova cinayətinin yeni detalları: Atasından daşınmaz əmlaklar qalıbmış
-
Tramp öz imzası olan yeni 100 dollarlığı paylaşdı - (Foto)
-
DÇ-2026: Kanada Mərakeşə, Paraqvay Fransaya qarşı
-
Rəqəmsal transformasiya iqtisadi inkişafla birbaşa bağlıdır - Kamaləddin Qafarov
-
Türkan Vəlizadə dəyişib belə oldu - (Video)
-
Yasamalda yaşayış evində dəhşətli partlayış: Ölən və yaralananlar var
-
Ehtiyatda olan bütün hərbi vəzifəlilərin NƏZƏRİNƏ
-
Tramp İrana 1 həftə vaxt verdi
-
Prezident: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Donald Trampı təbrik edib
-
Messi Maradona və Mbappeni geridə qoydu
-
Neftimiz bahalaşdı
-
Hakimiyyəti pula çevirən prezident: Kriptovalyuta necə Trampın əsas biznesinə çevrildi
-
Bakıda 90 yaşlı kişi turnikdən yıxılaraq ölüb
-
Bu BÜRCLƏR tezliklə çoxlu pul qazanacaq
-
Tanınmış jurnalist vəfat etdi - (Foto)
-
Azərbaycanlı tanınmış bloqerlər anaları ilə - (Fotolar)
-
Azərbaycanda müəllim vəfat etdi
-
Xamenei atasının vida mərasimində niyə iştirak etmədi?





