Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"ADEX 2026" sərgisində ROKETSAN şirkəti ilə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi arasında BARBAROS sahil müdafiə sisteminin tədarükünə dair müqavilə imzalanıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkətin bəyanatına görə, BARBAROS sistemi Azərbaycan Silahlı Qüvvələrinin arsenalını zənginləşdirəcək.
ROKETSAN-ın baş direktoru Murat İkinci Türkiyə ilə Azərbaycan arasındakı sarsılmaz qardaşlıq əlaqələrinin müdafiə sənayesi sahəsində hər gün daha da möhkəmləndiyini və BARBAROS sisteminin tədarükünün bu münasibətlərə strateji töhfə verəcəyini vurğulayıb.
İkinci ROKETSAN-ın qabaqcıl raket, reaktiv və sursat sistemləri ilə hər zaman Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamağa hazır olduğunu bildirib. O, əlavə edib:
"Öz üstün xüsusiyyətləri sayəsində BARBAROS Azərbaycan sahil xəttinin yeni strateji müdafiəçisi rolunu oynayacaq".
BARBAROS sahil müdafiə konsepsiyasına uyğun olan və mobil batareyaya inteqrasiya edilmiş ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləmək qabiliyyətinə malik sistem kimi hazırlanıb. Sistem batareyanın tərkibindəki buraxılış qurğusu və komanda-idarəetmə maşını vasitəsilə tapşırıqları planlaşdırmaq imkanına malikdir. Həmçinin mərkəzləşdirilmiş döyüş idarəetmə sisteminə inteqrasiya oluna bilir.
Yüksək mobilliyə və güclü zərbə potensialına malik ATMACA və ÇAKIR qanadlı raketləri ilə işləyən sistem mobil quruluşu sayəsində dənizdən gələn təhlükələrə çevik reaksiya vermək imkanına malikdir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
"Atam azərbaycanlıdır, babamın məzarı Sumqayıtdadır" - Stas Mixaylov
XƏBƏR LENTİ
-
İspaniyanın ən yüksək maaş alan idmançısı
-
Azərbaycan sahillərinin yeni müdafiəçisi: "BARBAROS" sistemi tədarük olunacaq
-
Krista Paykın edamı təxirə salındı
-
Baş prokuror: Cinayətlərin təxminən yarısı yeni texnologiyalar vasitəsilə törədilir - müsahibə
-
Erməni turist 5 günlük Bakı təcrübəsindən danışdı
-
Bakıda 20-dək binanın söküləcəyi küçələrin adları açıqlandı
-
Qadınların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı
-
"Atam azərbaycanlıdır, babamın məzarı Sumqayıtdadır" - Stas Mixaylov
-
Messinin vida matçının tarixi açıqlandı
-
“Tacir bundan da pis günə qalacaq, oğlum öldü, yasına gəlmədi...” – Murad Rzayev - (Foto)
-
Kəngərlidə ağır qəza - 5 nəfər xəsarət alıb - (Foto)
-
“Birliyin Gücü – 2026” birgə hərbi təlimində təcrübə mübadiləsi aparılıb - (Video)
-
Sabah Ağdaş, Şəki və Qəbələdə qaz olmayacaq
-
Netanyahu “Flydubai” təyyarəsində baş verənlərdən danışdı
-
Azərbaycanda erkən evlilik anlayışı dəyişdirildi
-
Külək güclənəcək - xəbərdarlıq
-
Türkiyə "4 böyüklər"ində mərc şoku: 31 rəhbər şəxs PFDK-ya göndərildi
-
Bank kartları ilə pul köçürmələrinin aylıq limiti artırıldı - Yenilənib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - (Video)
-
Füzulidə 24 yaşlı şəxs həkimi döydü, xadimənin sümüyünü sındırdı
-
Deputatların pensiyası ilə bağlı yeni qayda
-
Azərbaycanda yeni qəsəbə salınır - 50 milyon ayrıldı
-
Oktyabrın ilk günlərində temperatur 5-8 dərəcə enəcək - xəbərdarlıq
-
Sərnişin gəmisi batdı: 78 nəfər öldü, 57 nəfər itkin düşüb





