Şou-biznes

"Atam azərbaycanlıdır, babamın məzarı Sumqayıtdadır" - Stas Mixaylov

30 Sentyabr 2026 20:41
Baxış: 331
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tanınmış rusiyalı müğənni Stas Mixaylov Xalq artisti Emin Ağalarovun suallarını cavablandırıb.

Milli.Az xəbər verir ki, E.Ağalarovun yutubda layihəsinin qonağı olan sənətçi atasının azərbaycanlı olduğunu açıqlayıb. O, köklərinin Şamaxıdan olduğunu bildirib.

Stas Mixaylov atasının Azərbaycan dilində danışa bildiyini də söyləyib. Müğənni babasının məzarının Sumqayıtda olduğunu və onu dəfələrlə ziyarət etdiyini qeyd edib:

"Atamın atası azərbaycanlıdır, rus xanımla evlənib. Mənim də anam rusdur. Babamın məzarı Sumqayıtdadır. Onu neçə dəfə ziyarət etmişəm. Bu dəfə isə övladlarımı gətirdim ki, onlar da ziyarət etsin". (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.