Rusiyalı model İrina Şeyk sosial şəbəkədə yeni paylaşımı ilə diqqətləri özünə çəkib.
35 yaşlı gözəlçə açıq-saçıq geyimlə güzgü qarşısında dayanıb.
Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, onun fotoları 500 mindən çox bəyənmə yığıb.
Tatar əsilli aktrisa 2007-ci ildə "Sport İllüstrated" dərgisi üçün poza verib. Bu çəkilişlər ona çox uğur qazandırıb. İrina uzun müddət Portuqaliya millisinin və "Yuventus"un ulduzu Kriştianu Ronaldo ilə sevgili olub.
Milli.Az