Vaxtilə Ronaldonun ağlını almışdı, indi isə… - FOTOlar

3 May 2021 19:09

Rusiyalı model İrina Şeyk sosial şəbəkədə yeni paylaşımı ilə diqqətləri özünə çəkib.

35 yaşlı gözəlçə açıq-saçıq geyimlə güzgü qarşısında dayanıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, onun fotoları 500 mindən çox bəyənmə yığıb.

Tatar əsilli aktrisa 2007-ci ildə "Sport İllüstrated" dərgisi üçün poza verib. Bu çəkilişlər ona çox uğur qazandırıb. İrina uzun müddət Portuqaliya millisinin və "Yuventus"un ulduzu Kriştianu Ronaldo ilə sevgili olub.

Milli.Az