Şou-biznes

Əməkdar artist 48 ildir görmədiyi qohumlarını axtarır - VİDEO

29 Aprel 2021 11:29
Baxış: 1 664
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Kübra Əliyeva illər əvvəl dünyasını dəyişən əmisinin ailəsini axtarır.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, aktrisa bunun üçün Zaur Baxşəliyevin "Bizimləsən" proqramına müraciət edib. O bildirib ki, 48 ildir görmədiyi Mirmahmud əmisinin ailəsini axtarır.

Aktrisa əmisinin İranda yaşadığını, hazırda onun dünyasını dəyişdiyini deyib:

"Əmim atamdan böyük olub. İndi əmim uşaqları Əhməd və Məmmədin övladlarını, nəvələrini axtarıram. Bizim hazırda üçüncü nəslimiz gəlir. Bibimin həkim qızı, nəvələri var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.